Dünya

İtaliyada torpaq sürüşməsi baş verib: 13-dən çox insan itkin düşüb – FOTO

Sharing is caring!

İtaliyanın İskia adasında daşqın nəticəsində torpaq sürüşməsi baş verib.  

Nəticədə ən azı 13 nəfər itkin düşüb ki, onlar arasında yeni doğulmuş körpə də var.

Bu barədə polisdən məlumat verilib.

Xilasetmə xidmətləri tərəfindən axtarışlar aparılır.

Bu gün İtaliya hökuməti dörd bölgədə – Kampaniya, Molize, Lasio və Siciliyada güclü yağış və ildırım səbəbindən narıncı səviyyədə hava xəbərdarlığı elan edib. Digər 11 bölgədə isə sarı səviyyə tətbiq edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir