Dünya

Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasını boykot etdi

Sharing is caring!

“Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibində Rusiyanın təmsilçiliyi qaldığı müddətcə assambleyanın işini boykot edəcək”.

Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” prezident fraksiyasından olan deputat Yevgeniya Kravçuk deyib.

“Bu gün biz, Ukrayna nümayəndə heyəti ATƏT PA-nın işini boykot edirik. Bu beynəlxalq təşkilat rusiyalıların orada iştirakına münasibətini formalaşdırana qədər bu davam edəcək”, – deyə Kravçuk “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib.

Ötən gün ATƏT Parlament Assambleyasının Daimi Komitəsi Rusiyanın bu təşkilatdakı üzvlüyünə xitam vermək barədə qərar qəbul edə bilməyib.

Həmçinin qeyd edilir ki, bu məsələ ilə bağlı Ukrayna nümayəndə heyətinin etirazlarına Litva və Estoniya nümayəndələri də qoşulublar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir