Dünya

ABŞ-nin Haseke hərbi bazasının yaxınlığında partlayış baş verib

Sharing is caring!

Suriyanın Haseke vilayətinin cənubundakı Əş-Şəddadi bölgəsində ABŞ-nin nəzarətində olan baza yaxınlığında bir neçə partlayış baş verib.

Məlumata görə, bu hərbi obyektin yaxınlığına dörd raket düşüb. Mərmilərin haradan atıldığı, eləcə də atışmanın nəticələri barədə məlumat verilmir.

Səmaya PUA-lar qaldırılıb. ABŞ-nin Bağdaddakı hərbi komandanlığının nümayəndəsi hələlik bazaya hücumu təsdiqləməyib.

Mənbə: Al Mayadeen

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir