Dünya

Cənubi Koreya prezidenti İlon Maskı ölkəyə sərmayə qoymağa çağırdı – FOTO

Sharing is caring!

Cənubi Koreya Prezidenti Yun Sok-Yol “Tesla” şirkətinin baş direktoru İlon Mask ilə videokonfrans keçirərək onu Cənubi Koreya iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Bu barədə Cənubi Koreya liderinin ofisindən məlumat verilib.

Bildirilir ki, prezident Maskın Asiyada “Tesla” avtomobil şirkəti üçün “meqafabrik” tikmək planlarını dinləyib və Cənubi Koreya avtomobil sənayesinin üstünlüyünə işarə edərək Koreya Respublikasına sərmayə qoymağa çağırıb.

“Mən Cənubi Koreyanı əsas namizədlərdən biri kimi görürəm. Namizəd ölkədəki insan resursları, texnologiya səviyyəsi və sənaye ekosistemi daxil olmaqla, bütün investisiya şərtlərini nəzərə alaraq qərar verəcəyəm. İndi Tesla avtopilot və süni intellekt kimi sahələrdə Cənubi Koreya istehsalı olan çoxlu yüksək keyfiyyətli komponentlərdən istifadə edir”, – deyə Mask dövlət başçısına bildirib.

Onun sözlərinə görə, gələn il Cənubi Koreya şirkətlərindən alınan məhsulların dəyəri 10 milyard dolları keçəcək.

Cənubi Koreya lideri, həmçinin zərurət yaranarsa, investisiya sahəsinin dövlət tənzimlənməsində dünya standartlarına uyğun islahatlar aparmağa hazır olduğunu bildirib.

Mənbə: Yonhap

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir