Dünya

İndoneziyada zəlzələ qurbanlarını sayı kəskin artdı

Sharing is caring!

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 268 nəfər olub.

Bu barədə İndoneziya rəsmiləri bildirib.

1000-dən çox insanın xəsarət aldığı məlumdur. 151 nəfər itkin düşüb.

Eyni zamanda, 7000 nəfər zəlzələnin fəsadları səbəbindən evinə qayıda bilmir.

Xatırladaq ki, bundan əvvəl 162 nəfərin həlak olduğu barədə xəbər yayılmışdı.

Qeyd edək ki, noyabrın 21-də baş verən, ocağı 5 km dərinlikdə olan zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir