Dünya

İraqda qaz balonlarının partlaması nəticəsində üç bina uçub: Ölən və yaralananlar var

Sharing is caring!

İraqın Süleymaniyyə şəhərində üç bina uçub.

İnsident zamanı azı bir nəfər ölüb və 20 nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb üçmərtəbəli binanın damında quraşdırılmış maye qaz balonunun partlaması olub.

Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Həmçinin, dağıntılar altında qalanların olduğu da bildirilir.

Hadisə yerində ondan çox fövqəladə xidmət qrupu çalışır.

Süleymaniyyənin təcili yardım şöbəsi 12-15 yaralının xəstəxanalara yerləşdirildiyini qeyd edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir