Dünya

Ukrayna səfiri İsrail XİN-ə çağırıldı

Sharing is caring!

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Kiyevin BMT-də iki dəfə anti-İsrail qətnamələrini dəstəkləməsindən sonra İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirə BMT-nin xüsusi siyasi və müstəmləkəsizləşdirmə məsələləri üzrə komitəsində Ukrayna nümayəndəsinin səsverməsi ilə bağlı etiraz ediləcək.

İsrail Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin rəhbəri Əmir Veysbroda Kiyevin bu addımını “inanılmaz” adlandırıb və o, İsrail tərəfinin “ukraynalılardan narazılığını ifadə etmək üçün bir yol tapacağını” bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir