Dünya

Kral III Çarlz monarx kimi ilk doğum gününü qeyd edir

Sharing is caring!

Böyük Britaniya kralı III Çarlz bu gün ilk dəfə monarx kimi doğum gününü qeyd edir.

Bu barədə BBC məlumat verib.

Bildirilir ki, kral 74 yaşını ailəsi ilə qeyd edəcək və heç bir rəsmi tədbir nəzərdə tutulmayıb.

Londonda onun şərəfinə top atılacaq. Həmçinin Bukingem sarayında süvari orkestri “Happy birthday” mahnısını ifa edəcək.

Qədim ənənələrə görə, Britaniya monarxları doğum günlərini ildə iki dəfə qeyd edirlər. Rəsmi doğum günü yayda geniş şəkildə bayram edilir. Onunla üst-üstə düşməyən təqvimdəki doğum günü isə ailə arasında, kiçik tədbir kimi qeyd olunur.

Doğum gününü iki dəfə qeyd etmək adəti hazırkı kral kimi noyabrda anadan olan II Qeorq (1683-1760) tərəfindən qoyulub. Ömrünün sonuna yaxın o qərara gəlib ki, doğum günü ilə bağlı mərasimlər ingilis payız mövsümündə deyil, yayda keçirilsin.

2018-ci ildə, hələ taxtın varisi olarkən, hazırkı kral da may və noyabr aylarında 70 illik yubileyi ilə bağlı iki bayram keçirmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir