Dünya

Zelenski işğaldan azad edilən Xersona səfər edib – FOTO/VİDEO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya işğalından azad edilən Xersona səfər edib.

Bu barədə hadisə şahidləri məlumat verirlər.

“Biz irəliyə doğru gedirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, – deyə Zelenski hərbçilərə bildirib.

Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bu məlumatdan qısa müddət sonra Ukrayna KİV-də Zelenskinin Xersondan fotoşəkilləri dərc olunub.

Jurnalistlər hələ də davam edən “stabilləşdirmə tədbirləri” səbəbindən Xersona buraxılmırlar. Bir neçə jurnalist, o cümlədən Qərb telekanalları CNN və “Sky News” Xersondan reportaj hazırladıqları üçün akkreditasiyadan məhrum ediliblər.

 

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir