Dünya manset

Rusiya türklər üçün imkansızı etdi

Sharing is caring!

Türkiyənin “Sülh çeşməsi” əməliyyatı ilə bağlı bir çox ölkələrdən kəskin reaksiyalar gəldiyi bir vaxtda Rusiya mətbuatı məsələyə “Əsl dostlar savaşda bəlli olur” başlıqlı yazı ilə münasibət bildirib.

XəbərAl.az  xəbər verir ki,”Rossiyskaya qazeta” nəşrinin yazarı Yevgeni Şestakov BMT Təhlükəsizlik Şurasında ötən həftə Türkiyənin Suriyadakı əməliyyatının qınanması ilə bağlı Fransa, Almaniya, Belçika, İngiltərə və Polşa tərəfindən irəli sürülən qətnamənin ABŞ və Rusiya tərəfindən bloklandığını xatırladıb.

Rusiyanın bunu etməsi imkansız idi

“Bundan sadəcə bir neçə il əvvəl Rusiyanın BMT Təhlükəsizlik Şurasında bir NATO üzvünü digər NATO üzvlərinin təhdidinə qarşı müdafiə etməsi imkamsız idi. Görünür, Ankara “əsl dostlar savaşda bəlli olar” fikrinə doğru yaxınlaşır. Türk rəsmilər NATO müttəfiqələrinə dair xəyallarını bir kənara buraxır”.

Türkiyə AB-nin həyatını qurtardı

“Türkiyənin iki milyon suriyalını Suriyanın şimalında yerləşdirmək məqsədilə başlatdığı əməliyyat AB baxımından həyat qurtaran bir əməliyyatdır. Əməliyyat yeni bir qaçqın böhranının qarşısını ala bilər. Lakin nədənsə Brüssel bu detallarla maraqlanmır. Bəzi avropalı liderlərin Türkiyənin əməliyyatına qarşı açıqlama vermək arzusu riskli və yanlış bir fikir kimi görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir