Dünya

ABŞ-də Demokratların Senata nəzarəti ələ keçirməsi üçün bir yer qaldı

Sharing is caring!

ABŞ-də Senata nəzarəti təmin etmək üçün Demokratlar Partiyası daha bir yer qazanmalıdır.

Bu məlumatı ölkənin aparıcı KİV-ləri cümə günü öz hesablamalarına istinadən verib.

Arizonada Konqresin yuxarı palatasına seçkilərdə hazırkı demokrat senator Mark Kelli qalib gəlib.

Səslərin 88%-ni hesablandıqdan sonra Kelli 52% səs toplayıb, onun respublikaçı rəqibi Bleyk Masters isə 46% səsə sahibdir. Rəsmi məlumatlar daha sonra açıqlanacaq. Lakin mövcud təcrübəyə əsasən, nəticə artıq  dəyişməz olduqda aparıcı ABŞ KİV-ləri qalibi elan edir. CNN də Kellinin qələbəsi ilə bağlı bu fikir irəli sürüb.

Nəticədə Demokratlar Arizona ilə birlikdə Senatda 49 yerə sahibdir. Respublikaçılar da eyni sayda yer əldə ediblər. Senata hansı partiyanın nəzarət edəcəyi Corciya və Nevada ştatlarında keçirilən seçkilərin nəticələrindən sonra müəyyən ediləcək.

Demokratlar Nevada ştatında qalib gəlsələr, Senatda nəzarəti ələ keçirəcəklər. Çünki səslər bərabər olduğu halda vitse-prezidentin, yəni demokrat Kamala Harrisin səsi həlledici olur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir