Dünya

Alek Bolduin operatorunu güllələdiyi filmin çəkiliş qrupunu məhkəməyə verib

Sharing is caring!

Amerikalı aktyor Alek Bolduin “Pas” (“Rust”) filminin çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.

Bolduin bu filmin çəkilişləri zamanı təsadüfən operator Qalina Hatçinsi güllələyib.

Bolduin öz bəyanatında çəkiliş meydançasında silahlar üzrə məsul olan Hanna Qutyeres-Rid, rekvizitor Sara Zakri, çəkiliş üçün silah və sursat tədarük edən Set Kenni və rejissor assistenti Devid Holsun adını qeyd edib. Məhz o, həmin gün silahı Bolduinə verib və silahın təhlükəsiz olduğuna əmin edib.

Bundan əvvəl aktyor həmçinin filmin prodüserlərinə qarşı da arbitraj iddiası qaldırıb. Aktyor odlu silahların təhlükəsizliyinə görə məsuliyyətin öz üzərində olmadığını əsas gətirib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında “Rust” filminin çəkiliş meydançasında məşq zamanı filmin həm də prodüseri olan Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb. O, silahın boş patronlarla dolu olduğunu zənn edib. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza xəsarət alıblar. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb. Filmin çəkilişləri dayandırılıb.

Mənbə: The New York Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir