Dünya

Yaponiyanın ədliyyə naziri istefaya göndəriləcək: Ölüm hökmündən danışdığı üçün

Sharing is caring!

Yaponiyanın Baş naziri Fumio Kişida ədliyyə naziri Yasuhiro Hanaşini vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.

Bu barədə hökumətdəki mənbələr məlumat veriblər.

Bu qərara səbəb Hanaşinin ölüm hökmü ilə bağlı açıqlamasıdır. Ədliyyə naziri açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onun işi, əsasən, ölüm hökmlərini təsdiqləməkdən ibarətdir.

“Ədliyyə naziri postunda nə pul, nə də seçici səsləri qazanmaq mümkündür, – deyə Hanaşi Tokioda keçirilən iclasda bildirib. – Bu sadə bir işdir. Səhər edam hökmünün icrası ilə bağlı sərəncama möhür vurursan, günortadan sonra bu, baş xəbərlərə çıxır”.

Əslində isə avqust ayında nazirlik portfelini təhvil alan Hanaşi bir dəfə də olsun ölüm hökmünün icrasını təsdiqləməyib.

Müxalifətin aparıcı qüvvəsi olan Konstitusiya Demokratik Partiyası Hanaşinin bəyanatını kəskin şəkildə pisləyib və bunu “axmaqlığın son həddi” adlandırıb. Həmçinin qeyd edib ki, bu bəyanat ədliyyə nazirinin işinin mahiyyətini dərk etmədiyini göstərir. Partiya bu məsələni parlamentdə qaldırmaq niyyətində olduğunu vurğulayıb və ədliyyə nazirinin istefasını tələb edib.

Hanaşi daha sonra sözlərinə görə üzr istəyib və açıqlaması ilə işə yüngül yanaşdığı ilə bağlı təsəvvür yaratdığına görə təəssüf etdiyini qeyd edib.

Daha sonra parlamentdə o, iradlarını geri götürdüyünü əlavə edib və vəzifəsini tərk etməyəcəyini bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir