Dünya manset

SDQ qorxuda: Türk ordusunu dayandırın, vasitəçilik edin

ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsini qəbul edirik.

XəbərAl.az xəbər verir ki, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahin “Le Fiqaro” qəzetinə açıqlamasında deyib. O, artıq prioritetlərinin həbsxanalardakı İŞİD-çilər olmadığını bildirib.

SDQ komandiri ABŞ hərbçilərinin bölgədən çəkilməsinin onları məyus etdiyini söyləyib:

“ABŞ-ın Türkiyə tərəfindən başladılan müharibəni dayandırılmasına nail olmasını tələb edirik. Müharibə başa çatmasa, ABŞ tərəfindən xəyanatə uğradığımızı düşünəcəyik. Hələlik məyusuq. Bizim gözümüzdə ABŞ-ın etibarı zədələnib”.