Dünya manset

ABŞ Suriyadakı ordusunu hərəkətə gətirdi – Patrul xidməti

Sharing is caring!

“Sülh çeşməsi” əməliyyatının 4-cü günündə ABŞ-ın Suriyadakı ordusunun bölmələri hərəkətə keçib.

XəbərAl.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada YPG ilə birlikdə ortaq patrul xidməti həyata keçirən ABŞ ordusu Türkiyənin “Sülh çeşməsi” əməliyyatına başlamasında 1 gün əvvəl geri çəkilmişdi.

Amma dünən gecə ABŞ ordusuna məxsus olan 5 zirehli avtomobil Suriya ərazisindəki Qamışlıya gələrək patrul xidməti həyata keçirib.

Suriya-Türkiyə sərhədinə yaxın Haseke vilayətinə tabe olan Qamışlı qəsəbəsində ABŞ ordusunun patrul xidməti mərkəzi küçələrdən keçərkən olduqca yavaş hərəkət ediblər.

Qeyd edək ki, hazırda YPG terrorçuları Qamışlıda məktəb və park kimi insanlara açıq ərazilərdən istifadə edərək Türkiyə ərazisindəki mülki insanları hədəf alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir