Dünya

Britaniyanın yeni Baş naziri Ukraynaya səfər edəcək

Sharing is caring!

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

Bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır.

“Amma səfər mütləq baş tutacaq”, – deyə diplomat əlavə edib.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir