Dünya manset

Ərdoğan: Fəratın şərqini terrorçulardan təmizləyəcəyik

Sharing is caring!

Türkiyə Silahlı Qüvvələrinin “Sülh bulağı” əməliyyatı Suriyada yaşayan kürd xalqına qarşı deyil, bu ölkənin ərazisində fəaliyyət göstərən terror təşkilatlarına qarşı yönəlib.

XəbərAl.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan qeyd edib ki, Türkiyə hərbçiləri Suriyada bu ölkəni parçalamaq üçün deyil, orada yaşayan əhalini və hüquqlarını qorumaq üçün ordadırlar: “Türkiyənin İraqda və Suriyada əməliyyatları bu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlməyib”.

Türkiyə prezidenti bildirib: “Biz Fəratın qərbində olduğu kimi, Fəratın şərqini də terror təşkilarlarından təmizləyəcəyik. Biz cənub sərhədlərimizin təhlükəsizliyini, həmçinin suriyalıların vətənə təhlükəsiz qayıdışını təmin edəcəyik”.

T.Ərdoğan vurğulayıb ki, Qərb PYD/YPG-nin İŞİD və PKK kimi terror təşkilatı olduğuna əhəmiyyət vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir