Dünya manset

Çavuşoğludan NATO-ya: Anlamağınız yetməz, görməliyik!

Sharing is caring!

Stoltenberqə “Sülh çeşməsi” əməliyyatı haqqında məlumat verdim.

XəbərAl.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberqlə birgə İstanbulda təşkil edilən mətbuat konfransında çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Sözügedən əməliyyat NATO-nun cənub-şərq sərhədlərini təşkil edən terror təhdidinə son verilməsi məqsədi daşıyır. İttifaqımızın və müttəfiqliklərimizin güclü həmrəylik nümayiş etdirməsinə dair gözləntilərimizi bir daha vurğuladıq. Türkiyə vacib rolları üzərinə götürüb. “Türkiyənin qanuni narahatlıqlarını anlayırıq” demək yetməz, bu həmrəyliyi açıq və qəti şəkildə görmək istəyirik”, – Çavuşoğlu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir