Dünya

İranda imam məscidin qarşısında güllələnib

Sharing is caring!

İranın Zahedan şəhər məscidinin imamı Höctülislam Səccad Şəhraki silahlı hücuma məruz qalıb.

Bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri bildirib.

Onun yerli mətbuata verdiyi məlumata görə, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib.

Üzləri bağlı olan iki nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən güllələnib. O, başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir