Dünya

Rusiyalı nazirlər Putinlə görüş zamanı qaranlıqda qaldılar

Sharing is caring!

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov və iqtisadi inkişaf naziri Maksim Reşetnikov gözlənilməz hadisə ilə üzləşiblər.

Belə ki, onlar ölkə prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüş zamanı qaranlıqda qalıblar.

Buna nazirlərin olduğu “Moskva Siti” biznes kompleksində elektrik enerjisinin kəsilməsi səbəb olub.

Qeyd edək ki, Manturov və Reşetnikovun rəhbərlik etdiyi hər iki nazirlik həmin kompleksdə yerləşir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir