Dünya manset

Terrorçular Türkiyəyə hücum etdi: 17 yaralı

Sharing is caring!

Suriyada YPG-PKK terror qruplaşmalarının nəzarətindəki ərazilərdən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə minaatan mərmiləri ilə zərbə endirilib.

XəbərAl.az xəbər verir ki, mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb.

Hücum zamanı 17 dinc sakin yaralanıb.

“Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir