Dünya manset

Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib

Sharing is caring!

“Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var”.

Fakttv.com TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat marafonunda jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ukraynanın erməni etnik qrupunun təmsilçisi olan daxili işlər naziri Arsen Avakovun ilin sonunadək sınaq müddətində olduğunu vurğulayıb: “Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var. Düzünü desək, sınaq müddətindədir. Biz daxili işlər naziri vəzifəsində yeni adam görmək istəyirik. Bildiyim qədər Milli Polisə yeni sima başçılıq edir”.

Prezident qeyd edib ki, yeni çoxlu adam var: “Ona görə də sınaq müddəti tətbiq edirik. Mən bütün nazirlərə və hüquq-mühafizə orqanlarına açıq-aşkar demişəm ki, ilin sonunadək real iş gətirin. Əks təqdirdə, hamısını işdən azad edəcəyəm”

Qeyd edək ki, Arsen Avakov 2014-cü ildən bu postdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir