Dünya

Bayden ölü elm adamı ilə danışdığını açıqladı – VİDEO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden insulin hormonunu kəşf edən alimlərdən biri ilə danışdığını bildirib.

Bayden bu sözləri Florida ştatının Hallandeyl-Biç şəhərində keçirilən tədbirdə deyib. O, bu tədbirdə Prezident Administrasiyasının amerikalılar üçün səhiyyə xərclərini azaltmaq səylərini vurğulayıb.

“Şəkərli diabet üçün bu insulin preparatının hazırlanmasının nə qədər baha başa gəldiyini bilirsinizmi? Bunu icad edən insan preparatın patent hüququnu əldə etməyib, çünki hər kəs üçün əlçatan olmasını istəyib. Mən bu barədə onunla danışmışam”, – deyə Bayden qeyd edib.

Qeyd edək ki, Co Baydenin haqqında danışa biləcəyi hər iki elm adamı hələ o doğulmamışdan əvvəl vəfat edib. İnsulin ilk dəfə Frederik Bantinq və Con Ceyms Riçard Maklaud tərəfindən hazırlanıb. Onlar  müvafiq olaraq 1941 və 1935-ci illərdə vəfat ediblər, Bayden isə 1942-ci ildə anadan olub.

Mənbə: “New York Post”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir