Dünya

Dünya bankları rekord həcmdə qızıl alıblar

Sharing is caring!

2022-ci ilin 3-cü rübündə dünyanın əsas mərkəzi bankları 399,3 ton qızıl alıb.

Bu, 2022-ci ilin ikinci rübü ilə müqayisədə 115% və son 22 ildə heç vaxt olmadığı qədər çoxdur.

Bu barədə Dünya Qızıl Şurasının təqdim etdiyi məlumatda deyilir.

Məlumata əsasən, 2022-ci ilin əvvəlindən qlobal mərkəzi banklar ümumilikdə 673,01 ton qızıl alıb. Bu, 1967-ci ildən bəri ən yüksək göstəricidir.

Bu il ən çox qızıl alıcıları Asiya ölkələrinin – Türkiyə, Qətər və Özbəkistanın mərkəzi bankları olub.

Qeyd edək ki, aon zamanlar qızılın əsas alıcıları kimi məhz Asiya dövlətləri çıxış edib. Qərb mərkəzi banklarının qızıla tələbi isə əksinə, azalır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir