Dünya

Podolyak: “Avropa İranı təcavüzə ortaq kimi tanınmalıdır” – FOTO

Sharing is caring!

İran Rusiyanın Ukraynaya qarşı təcavüzündə ortaqdır. Tehran “Şahedləri” Rusiyaya ötürür və işğalçılara PUA-ları idarə etməyi öyrədir.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədəki səhifəsində yazıb.

“Əgər İran Rusiyaya raket göndərirsə, onların şəhərlərimizə hücum edəcəyini çox yaxşı bilir. İran ruslara dronları idarə etməyi öyrədəndə bilir ki, onlar Ukrayna enerji infrastrukturuna hücum edəcək və Aİ-yə qaçqın dalğalarına səbəb olacaq. Tehran Avropadakı təcavüzün şərikidir və rəsmi olaraq belə tanınmalıdır”, – Mixail Podolyak vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir