Dünya

Bolqarıstanda Türkiyənin iştirakı ilə birgə hərbi dəniz təlimi başlayıb

Sharing is caring!

Bazar ertəsi Bolqarıstanın ərazi sularında, ölkənin cənub Qara dəniz sahilindəki Burqas şəhəri yaxınlığında “Poseydon 2022” minalardan təmizləmə təlimi başlayıb.

Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 5-dək davam edəcək manevrlərdə Bolqarıstan, Rumıniya, Belçika, Yunanıstan, Latviya və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti iştirak edir.

Təlimlərin məqsədi minatəmizləmə tədbirlərinin planlaşdırılması və aparılması, dayaz suların tədqiqi və aşkar edilmiş döyüş sursatlarının məhv edilməsi üzrə şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsidir. Təlimi NATO standartlarına və prosedurlarına uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, “Poseydon” təlimləri 2002-ci ildən bəri hər il Bolqarıstan və Rumıniya sularında növbəli şəkildə təşkil olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir