Dünya

ABŞ Çinə qarşı ixrac sanksiyaları tətbiq etmək istəyir

Sharing is caring!

ABŞ və Avropa İttifaqı (Aİ) Çinə qarşı Rusiya əleyhinə məhdudlaşdırıcı tədbirlərə bənzər ixrac məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edir.

2022-ci il dekabrın əvvəlində keçiriləcək ABŞ və Aİ arasında növbəti yüksək səviyyəli ticarət forumunun gündəliyinin müzakirəsi zamanı bu barədə söhbət düşüb.

Müttəfiqlər Moskvaya ixracı məhdudlaşdırmaq üçün əməkdaşlıq edirlər. Bayden administrasiyası Çinə ixracata ikitərəfli məhdudiyyətləri tətbiq etmək üçün eyni məlumat mübadiləsi və icra koordinasiya üsullarının bəzilərindən istifadə imkanını araşdırır.

Avropa Alyansının bütün üzvləri ABŞ tərəfinin ideyasını dəstəkləmir. Lakin bəzi ölkələr, o cümlədən Almaniya təklif edib ki, Pekinin hərbi potensialını gücləndirməsi üçün hansı mallardan istifadə edə biləcəyi araşdırılsın və onlara qarşı sanksiyalar tətbiq edilsin.

Bundan əvvəl Çinin xarici işlər naziri Van İ ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığında Vaşinqtonun Pekinə yeni ixraca nəzarət qaydası tətbiq etməklə azad ticarət qaydalarını pozduğunu bildirib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir