Dünya Manşetüstü

Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüşdü – Video

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov məşhur kriminal avtoritetlə görüntülənib.

XəbərAl.az-ın əldə etdiyi məlumata görə, Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə yaxın dostdular.

Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. Aydın Abbasov son olaraq bir neçə gün bundan əvvəl Sedat Pekerlə məclislərin birində görüşüb.