Dünya

SOCAR Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır

Sharing is caring!

SOCAR-ın baş ofisinin Elm və Texnologiya Şöbəsinin rəis müavini Emin Ələkbərov Aşqabadda keçirilən OGT-2022-də bildirib ki, şirkət Türkmənistanda nümayəndəliyini açmağı planlaşdırır.

Bu barədə “Qolos SNQ” onlayn-radiodan bildirilib.

Ələkbərovun sözlərinə görə, SOCAR neft və qazın kəşfiyyatı, işlənməsi, hasilatı, nəqli və emalı ilə məşğul olur. Şirkətin bir sıra ölkələrdə birgə müəssisələri, nümayəndəlikləri və zavodları, həmçinin özünün elmi-tədqiqat və layihə institutu var.

Şirkətin nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycan, əsasən, Xəzər dənizinin ona məxsus hissəsində təbii sərvətlərin hasilatı ilə məşğuldur. Qazma platformaları bir-birinə, Türkmənistan tərəfində olduğu kimi, estakadalar vasitəsi ilə bağlıdır. Orada həmçinin karbohidrogenlərin dənizdən quruya tranziti üçün boru kəmərləri şəbəkəsi də yaradılıb. Biznes yanaşması ilə ölkələr onları birləşdirə bilərlər ki, bu da böyük maddi resurslar tələb etmir. Gələcəkdə Qazaxıstan və Özbəkistan öz enerji ehtiyatlarının xarici bazarlara sonrakı nəqli üçün kəmərə qoşula bilərlər.

SOCAR-ın əməkdaşı OGT-2022-nin dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması baxımından əhəmiyyətini də vurğulayıb. O əlavə edib ki, sözügedən beynəlxalq forumda fəal şəkildə işgüzar görüşlər keçirilir ki, bu da qarşılıqlı əlaqədə texniki məsələlərin həllini sürətləndirməyə kömək edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir