Dünya manset

Trampdan gülməli və tarixi ETİRAFLAR: “Onlara Türkiyəyə qarşı savaşmaq üçün pul verdik və…”

Türkiyənin Suriyanın şimalında yerləşən hərbi əməliyyat keçirəcəyi bölgələrdən 50 ABŞ əsgəri geri çəkilib.

XəbərAl.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evdə hərbi rəsmilərlə görüşdən sonra mətbuata açıqlama verən prezident qeyd edib ki, Türkiyənin əməliyyat təşkil etdiyi bölgədə 50 ABŞ əsgəri olub və bu şəxslər bölgədən çıxıb.

Trampın bölgədəki ABŞ əsgərlərinin sayını 50 açıqlaması dünya mediasında müzakirələrə səbəb olub. Qeyri-rəsmi məlumata görə, ABŞ-ın Suriyada onminlərlə əsgəri var.

Qeyd edək ki, Donald Tramp ötən gün tvitter hesabından paylaşdığı fikirlərində böyük tarixi etiraflar edib. Prezident bildirib ki, kürdlər illərlə ABŞ üçün savaşıb və buna görə onlara pul, hərbi təchizat verilib: “Kürdlər illərdir Türkiyəyə qarşı savaşırlar. Bu savaşı 3 il boyunca əngəllədim. Ancaq bizim üçün bu cəfəng, çoxu tayfa qaynaqlı, sonu gəlməyən müharibələrdən uzaqlaşmağımızın və əsgərlərimizi evə geri qaytarmağın zamanı”.

Xatırladaq ki, Türkiyə Fəratın şərqində yerləşən PKK terror təşkilatına qarşı ötən gecədən etibarən hərbi əməliyyat təşkil edib.