Dünya

Məşhur model evində ölü tapıldı

Sharing is caring!

Model Annalis Braakensiekin öldüyü haqda məlumat yayılıb.

XəbərAl.az xarici KİV-ə istinadən xəbər verir ki, apreldə 16 illik evliliyini bitirən 45 yaşlı model ölmədən əvvəl sosial media hesabında qəribə paylaşımlar edib. Fotolardan və statuslarından onun depressiyada olduğu məlum olub.

Annalis bir neçə gün əvvəl yazdığı sözlərlə də gündəmə gəlib:

“Yaşamım qaranlıq, çətin və tələbkardır. Son zamanlarda həyat daha da qorxuducudur”.

Rəfiqəsi modelin ölümü haqda bu sözləri deyib:

“Ölmədən əvvəl danışmışdıq. Səs tonu yaxşı idi. Dünya bir işığını da itirdi”.

Qeyd edək ki, Braakensiek bir neçə filmdə də rol alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir