Dünya manset

Fransalı nazir: Ölkədə terror təhlükəsi yüksəkdir

“Fransada terror təhlükəsinin səviyyəsi hələ də çox yüksəkdir”.

XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Kristof Kastaner bildirib.

O, 2013-cü ildən etibarən ölkədə 59, bu il ərzində də üç terror hücumunun qarşısının alındığını qeyd edib:

“Radikal cərəyanlarla bağlı işlərin istintaqı çərçivəsində demək olar hər gün kimlərsə saxlanılır”.