Dünya Manşetüstü

Hindistanda sel 70-dən çox insanın ölümünə səbəb olub

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında sentyabrın 27-dən başlayan güclü yağışlardan sonra yaranmış sel nəticəsində azı 73 nəfər ölüb.

Bu barədə XəbərAl.az RİA “Novosti”yə istinadən xəbər verir.

Ştatın təbii fəlakətlərə qarşı mübarizə idarəsindən bildirilib ki, hadisə zamanı bəziləri suda boğularaq, bəziləri üzərlərinə divar və ağaclar düşməsi nəticəsində, digərləri isə qırılaraq suya düşən elektrik naqillərindəki cərəyanın vurması nəticəsində ölüblər.

Ştatın inzibati mərkəzi olan Patna şəhərində həftə boyu banklar, dükanlar və özəl xəstəxanalar fəaliyyət göstərməyib.