Dünya

NATO ölkələri Ukrayna və Belarusla sərhəd yaxınlığında hərbi təlimlər keçirir

Sharing is caring!

Bir sıra NATO ölkələri Alyansın şərq cinahında – Polşa və Litvada eyni vaxtda hərbi təlimlər keçirir.

Litvada keçirilən “Dəmir Canavar” təlimlərində yerli qüvvələrlə yanaşı, Almaniya, Norveç, Böyük Britaniya və ABŞ da daxil olmaqla, daha 9 NATO ölkəsi iştirak edir. Təlimlərə 3,5 minə yaxın qırıcı və 700 texnika cəlb edilib.

Manevrlər Belarusla sərhəddən 10 km aralıda yerləşən Pabrad şəhərində keçirilir. Hərbçilər mexanikləşdirilmiş bölmələrin meşə zonasında, eləcə də şəhər yerlərində hərəkətlərini məşq edirlər.

Bundan əlavə, NATO ölkələri tərəfindən Ukraynaya silah ötürülməsi üçün mühüm logistika mərkəzinə çevrilmiş Jeşuv bölgəsində (Polşa) də “Puma” adlı təlim keçirir. Manevrlərdə Polşa ordusu, o cümlədən Slovakiya, Çexiya və Macarıstan orduları, Böyük Britaniya və ABŞ-ın bəzi bölmələri iştirak edir.

Təlimlərin ayrıca elementi kimi sıx şəhər ərazilərində hərəkətlər məşq ediləcək.

Xatırladaq ki, NATO yaxın vaxtlarda nüvə çəkindirmə qüvvələrinin planlı təlimləri keçirməyi planlaşdırır.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir