Dünya manset

Ərdoğanın qarşısına o çıxarılır – Müxalifətdən sensasion anlaşma

Sharing is caring!

“Yeni siyasi partiya quruculuğunu davam etdirən Türkiyənin sabiq iqtisadiyyat naziri Ali Babacan qarşıdakı prezident seçkisində müxalifətin vahid namizədi olacaq”.

XəbərAl.az xəbər verir ki, bunu türkiyəli politoloq Bülənt Aydəmir deyib.

Politoloq müxalif cəbhənin Babacanın hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı güclü fiqur ola biləcəyini düşündüyünü bildirib və bu barədə ana müxalifət partiyaları arasında razılaşmanın olduğunu iddia edib:

“Keçmiş nazir Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiyanın prezidentliyə namizədi olacaq. Bu partiyaların Babacandan başqa yaxşı variantı yoxdur. Bunu müxalif partiyalardan aldığım məlumatlar əsasında deyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir