Dünya manset

Paşinyan Putin və Ruhani ilə selfi çəkib paylaşdı

Sharing is caring!

Avrasiya İqtisadi Birliyi Ali Şurasının toplantısına qatılan liderlər zirvədən sonra avtobusda selfi çəkiblər.

XəbərAl.az xəbər verir ki, selfidə Rusiya lideri Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev yer alıb.

Fotonu şəxsi sosial media hesabından paylaşan Paşinyan “Avtobus selfisi. Bu qısa müddətdə əhəmiyyətli məsələləri həll etdik” sözlərini yazıb.

Qeyd edək ki, liderlər zirvəsi ötən gün İrəvanda baş tutub.