Dünya

Almaniyanın Maliyyə Nazirliyinə hücum olub

Sharing is caring!

Ekologiya fəalları bazar ertəsi Berlində Almaniya Maliyyə Nazirliyinin binasına hücum çəkərək içəriyə daxil olub və etiraz aksiyası keçiriblər.

Məlumata görə, bir neçə nəfər Vilhelmştrassedəki binaya soxulub və foyedə bannerlər açıb.

Onlar qeyd ediblər ki, Almaniyanın maliyyə naziri Kristian Lindner yoxsul ölkələr üçün borcların azaldılması imkanlarını müzakirə edəcəyinə söz verib, lakin vədini yerinə yetirməyib.

Eyni zamanda, ətraf mühit fəalları Almaniya paytaxtında bəzi magistral yollarda növbəti dəfə nəqliyyatın hərəkətini bağlayıb. Onlardan bəziləri özlərini asfalta yapışdırıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir