Dünya manset

İran Prezidenti İrəvanda – Paşinyanla görüşdü/Video

Sharing is caring!

Ermənistanın Baş naziri Nikol Paşinyan bu səhər İrəvanda səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

XəbərAl.az xəbər verir ki, İran Prezidenti və Ermənsitan baş naziri əvvəlcə rəsmi foto çəkdiriblər.

Görüşlə bağlı özünün “Feysbuk” səhifəsində məlumat yerləşdirən N.Paşinyan yazıb:

“İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mühüm danışıqlarımız oldu”.

Qeyd edək ki, H.Ruhanini geniş nümayəndə heyəti müşayiət edir. Heyətə bir sıra nazirlər, o cümlədən xarici işlər naziri Cavad Zərif daxildir.

H.Ruhani İrəvana burada keçirilən Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etmək üçün gəlib. İran Prezidenti və Sinqapurun Baş naziri sammitin fəxri qonaqlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir