Dünya manset

Ruhani Ermənistan prezidenti ilə görüşdü: “Qonşularımızın…”

Sharing is caring!

İran prezidenti Həsən Ruhani Ermənistan prezidenti Armen Sarkisyan ilə görüşüb.

XəbərAl.az xəbər verir ki, bu barədə İranın Prezident Aparatından məlumat verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə Avrasiya İqtisadi Birliyinin Liderlər Zirvəsinə qatılmaq üzrə paytaxt İrəvana gələn İran prezidenti həmkarı ilə ikili və regional mövzuları müzakirə edib.

Ruhani Ermənistan və digər qonşu ölkələrlə münasibətləri inkişaf etdirməyin və gücləndirməyin İranın xarici siyasətinin əsasını təşkil etdiyini deyib. İki ölkənin energetika, nəqliyyat, turizm və sənaye sahəsində böyük əməkdaşlıq potensialına sahib olduğunu deyib.

Sarkisyan da öz növbəsində ikili münasibətlərin inkişafının onlar üçün xüsusi əhəmiyyətə sahib olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir