Dünya

Deputat Fransanın ikili siyasəti barədə: “Makron Praqada “mollalıq” edirdi” – VİDEO

Sharing is caring!

“Bir qrup prezident var, onlar bilmirlər ki, prezident seçilirlər, yoxsa hansısa tayfa başçısı. O cümlədən də Makron”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov Fransa Prezidenti Emmanuel Makronun ikili siyasətindən danışarkən deyib.

“Makron elə bilir ki, bir yerdə danışdığını başqa yerdə eşitmirlər. Bir həftə qabaq Praqada “mollalıq” edirdi. Sonra “Kanal 2”yə müsahibə verib, tamam başqa şeylər danışdı. Bir həftə qabaq Azərbaycanın 5 şərtini dəstəklədilərini bəyan etdilər. Sonra Azərbaycanı işğalçı adlandırdı”, – deyə millət vəkili deyib.

Deputat qeyd edib ki, Fransa parlamentinə bəyanatlar göndərilməlidir. Ümumiyyətlə, lazımdırsa, iqtisadi, diplomatik əlaqələr kəsilməlidir.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir