Dünya Manşetüstü

Hindistanda təbii fəlakət 140-a yaxın can aldı

Sharing is caring!

Son günlər Hindistanın şimal ştatlarında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 134 nəfər həyatını itirib.

XəbərAl.az xəbər verir ki, bu barədə “Hindustan Times” ölkə hakimiyyətinə istinadən xəbər yayıb.

Təbii fəlakətdən daha çox Uttar-Pradeş və Bihar əyalətlərinin zərər çəkdiyi qeyd olunur. Bu bölgələrdə daha çox insan ölüb – 127 nəfər.

Daşqın və bundan sonra yaranan torpaq sürüşmələri Hindistan bölgələrinin infrastrukturuna və həyatına da təsir edib. Bir sıra şəhərlərdə məktəblər bağlanıb, mağazalar və müxtəlif dövlət qurumları işləmir.

Avqust ayında Hindistanın bir neçə ştatında güclü yağışın yaratdığı daşqın nəticəsində 270-dən çox insan həyatını itirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir