Dünya

Ukrayna ilk dəfə Rusiya ərazisini ABŞ raketlərilə vurdu

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətini ABŞ-ın təchiz etdiyi AGM-88 HARM antiradar raketləri ilə vurub.

Yerli sakinlər tərəfindən sosial şəbəkələrdə yayılan və Amerika raketinin qalıqlarının əks olunduğu fotoşəkillərdə AGM-88 HARM üçün xarakterik olan BSU-59/B işarələnməsini görmək olar.

Rusiya tərəfinin məlumatına görə, cəmi bir gündə (oktyabrın 12-də) Ukraynadan Rusiya regionu üzərinə 100-dən çox raket atılıb. Qeyd olunub ki, təxminən 6 aya yaxındır ki, Rusiya sərhəd bölgəsi ərazisinə belə intensiv hücumlar olmayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub. Heç kim xəsarət almayıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir