Dünya

Ötən gecə Rusiya Xəzərdən Ukraynaya raketlər atıb – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynaya Rusiya Ordusu tərəfindən 29 raket zərbəsi endirilib:

“Bunlardan 20-si Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketlər əsasən Xəzər dənizinin Həştərxana düşən hissəsindən buraxılıb”.

O da qeyd edilib ki, Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. 32 Ukrayna hərbçisi geri qaytarılıb. 

“Həmçinin meyiti Rusiya Ordusunun əlinə keçən bir hərbçinin nəşi də geri qaytarılıb.  O, müharibəyə qədər “Dinamo” (Lvov) futbol klubunun uşaqlar üzrə məşqçisi olub”, – deyə məlumatda bildirilib.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir