Dünya manset

BP rəhbəri istefaya gedir

Sharing is caring!

BP-nin baş direktoru Robert Dadli 12 ay ərzində istefaya getməyə hazırlaşır.

XəbərAl.az xəbər verir ki, bu məlumatı “Skay Nyus” yayıb. Onun bu məsələylə bağlı BP-nin Direktorlar Şurasıyla da məsləhətləşmələr apardığı bildirilib.

Televiziya Dadlinin istefaya gedəcəyi təqdirdə onun yerini Bernar Luni və Brayan Gilvarinin tuta biləcəyini iddia edib.

Qeyd edək ki, Dadli BP-yə 2010-cu ildən rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir