Dünya

Şarl Mişel: “Aİ əsl enerji birliyi yaratmaq üzərində işləməlidir”

Sharing is caring!

Avropa İttifaqı təcili olaraq Aİ-nin suverenliyinin mühüm sütununa çevriləcək real enerji birliyinin formalaşması üzərində işləməlidir.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“COVID pandemiyası, xüsusən də vaksinasiya zamanı gördüyümüz kimi, heç bir ölkə təkbaşına bu miqyasda böhranın öhdəsindən gələ bilməz”, – deyə o, bəyan edib.

Mişel vurğulayıb ki, ölkələr milli maraqlar və Aİ-nin səlahiyyətləri ilə bağlı “tabu”larla üzləşməyə hazır olmalıdırlar.

Aİ Şurası rəhbərinin qeyd edib ki, dayanıqlı enerji birliyi üçün İttifaqa üzv dövlətlər arasında güclü və səmimi koordinasiya tələb olunacaq.

O əlavə edib ki, Avropa İttifaqı belə birlik üçün tənzimləyici baza və bazar şəraiti yaratmalı olacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir