Dünya

Avropa Komissiyasından Rusiyaya qarşı yeni SANKSİYALAR

Sharing is caring!

Avropa Komissiyası Rusiyaya qarşı yayınması mümkün olmayan yeni sanksiyalar paketi hazırlayıb.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Biz səkkiz sanksiya paketi hazırlamışıq və hər bir nümunədən onlardan yayınmaq üçün “boşluqların” necə bağlanacağını öyrənmişik. İndi biz bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri nəzərdə tutan başqa bir paketlə çıxış edirik”, – deyə o, Tallində mətbuat konfransında deyib.

Fon der Lyayen Avropa İttifaqının tətbiq etdiyi ixrac qadağalarının Rusiya iqtisadiyyatına çox güclü təsir göstərdiyini bildirib:

“Məsələn, yüksək texnologiyalı məhsulların istehsalı səngiyib, hərbi texnoloji komplekslərə təsir edilib, bizim məqsədimiz bundan ibarətdir. Bu, praktiki olaraq dayanmış avtomobil istehsalına da aiddir”.

Fon der Lyayen də Avropa İttifaqının sərhədləri üzərində ciddi nəzarətin qurulmasının tərəfdarı olduğunu bildirib:

“Buna görə də Avropa Komissiyası üzv dövlətlərə ölkələrin sərhəd nəzarətini gücləndirməyi tapşırıb”.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir