Dünya manset

İranın XİN rəhbəri: “ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək”

Sharing is caring!

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtonu kibermüharibəni başlamaqda ittiham edib.

XəbərAl.az  xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Zərifdən Amerika kəşfiyyat xidmətinin İranın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışan ölkələr sırasına daxil olması barədə bəyanatlarını şərh etmək xahiş edilib.

“Bizim sizin seçkilərinizə müdaxilə etmək üçün üstünlüyümüz yoxdur. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, amma kibermüharibə gedir”, – deyə İranın naziri cavab verib.

O, vurğulayıb ki, kibermüharibəni ABŞ İranın nüvə obyektlərinə “təhlükəli və məsuliyyətsiz” hücüm edərək başlayıb. Zərifin fikrincə, bu, milyonlarla insanın həlak olmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, nazir ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün hazırlanan “Stuxnet” virusunu xatırladıb.

Zərif həmçinin vurğulayıb ki, “ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir