Dünya

Fransa öz vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə çağırdı

Sharing is caring!

Fransa Xarici İşlər Nazirliyi İranda olan vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etməyi tövsiyə edib.

Bu barədə xarici siyasət qurumunun saytında məlumat verilib.

Nazirlik bildirib ki, İranda olan Fransa vətəndaşlarının həbs və ədalətsiz mühakimə olunmaq təhlükəsi var.

“Bu kontekstdə Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq mühafizəsi təmin etmək imkanları çox məhduddur”, – deyə press-relizdə vurğulanıb.

Xatırladaq ki, İranda sentyabr ayından – 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölməsi ilə əlaqədar etirazlar başlayıb və bu günə qədər də səngimək bilmir. Etirazlara bütün dünyadan, o cümlədən Fransadan olan qadınlar dəstək veriblər. Belə ki, Şarlotta Ginzburq, Anni Jirardo, İzabel Yuper, Ceyn Birkin, İzabel Acani, Marion Kotiyyar, Şarlotta Ramplinq və başqa məşhur aktrisalar sosial şəbəkələrdə “Azadlıq naminə!” şüarı altında saçlarını kəsdikləri videolar yayımlayıblar. Birgə paylaşımda ümumilikdə 50-dən çox sənətçi yer alıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir