Dünya

Aİ Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqini razılaşdırıb

Sharing is caring!

Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi çərşənbə günü Rusiya Federasiyasına qarşı yeni sanksiyalar, xüsusən də ölkə neftinin qiymətinə yuxarı həddin qoyulmasını nəzərdə tutan məhdudiyyətlər barədə razılığa gəlib.

Yeni paketə Rusiya Federasiyasına yüksək texnologiyalı məhsulların tədarükünün, habelə Rusiya strukturlarına mühəndislik, ədliyyə və İT xidmətlərinin göstərilməsinin qadağan edilməsi kimi müddəalar daxildir.

Aİ-nin Çexiya sədrliyindən bildirilib ki, Rusiya nefti üçün yuxarı qiymət həddi dəniz yolu ilə daşınan neft məhsullarına şamil olunacaq.

Bundan əlavə, razılaşdırılmış sanksiyalar paketinə Rusiyadan polad məmulatları, ağac materialları, kağız, avadanlıq və məişət texnikası, kimyəvi maddələr, plastik, siqaret idxalına qadağa da daxildir.

Bundan əlavə, sanksiyalar siyahılarına daxil ediləcək yeni şəxslərin adları və mövcud sanksiyalardan yayınma meyarları da razılaşdırılıb.

Sanksiyalar rejimi Rusiya Federasiyasının tərkibinə daxil olan Xerson və Zaporojye vilayətlərinə də şamil ediləcək.

Çexiya sədrliyi yazılı prosedurun həyata keçiriləcəyini və qərarın Aİ-nin Rəsmi Jurnalında dərcindən sonra sanksiyaların qüvvəyə minəcəyini xatırladıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir