Dünya

Ukrayna komandirləri Britaniyada təlim keçirlər – FOTO/VİDEO

Sharing is caring!

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin kiçik komandirlərinin təliminə başlanılıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat verib.

Təlim kursu Ukrayna Silahlı Qüvvələrinin döyüş təcrübəsi nəzərə alınmaqla Ukraynanın serjant təlim proqramı əsasında hazırlanıb.

Burada liderlik, psixoloji, metodiki, yanğın, texniki və taktiki hazırlıq, həmçinin beynəlxalq humanitar hüquq üzrə dərslər keçirilir.

Təlimlər ukraynalı və britaniyalı təlimatçılar tərəfindən keçirilir. Təlimlərdə xarici silah və hərbi texnikanın nümunələri ilə məşqlər edilir.

Hərbi qulluqçular təlimləri uğurla başa vurduqdan sonra Silahlı Qüvvələrin müxtəlif təyinatlı bölmələrində taqım komandiri vəzifələrinə təyin olunacaqlar.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir